AEM ELEKTRON MMC
Şirkət haqqında
AEM ELEKTRON» MMC dünyanın aparıcı şirkətlərinin istehsalı olan videonəzarət və təhlükəsizlik sistemlərinin, şəbəkə avadanlıqlarının, kompüter aksesuarlarının və digər İT məhsulların topdan və pərakəndə satışı üzrə ixtisaslaşmış geniş profilli distribüter şirkətidir. 2008-ci ildə təsis edilən Şirkət brend portfelini qısa vaxt ərzində genişləndirərək Azərbaycanda rəsmi distribüteri olduğu şirkətlərin sayını on beşə çatdırmışdır. Çoxsaylı mağazalar şəbəkəsinə sahib olan «AEM ELEKTRON» MMC rəsmi distribüteri olduğu məhsulların satışı ilə yanaşı, həmçinin özünün peşəkar mütəxəssis komandası ilə videonəzarət və müasir təhlükəsizlik sistemlərinin layihələndirilməsi və quraşdırılması işlərini də uğurla həyata keçirir. Bütün tərəfdaşlarına və müştərilərinə əlçatan olmaq məqsədilə «AEM ELEKTRON» MMC onlara bir zəng qədər yaxın olmağa çalışır. Tərəfdaşlarına məxsus biznesin çiçəklənməsini öz uğurlarının açarı kimi dəyərləndirir və daim mükəmməlliyə, dəyişməyə can ataraq böyüməyə, inkişaf etməyə davam edir
Əlaqə məlumatları
Bu şirkət Fayda platformasının keyfiyyət standartlarına uyğunluğunu təsdiq edib.
Direktor
Mirzə Cahangirov